Ayın içində nə var?  - Maraqlı KƏŞF
12 noyabr 2024 15:13 (UTC +04:00)

Ayın içində nə var? - Maraqlı KƏŞF

Alimlər genişmiqyaslı araşdırma aparıblar və Ayın “daxili hissələrinin” Yerdəki ilə oxşar olduğunu öyrəniblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ay Yerə nisbətən daha yaxın olmasına baxmayaraq, xüsusilə onun daxili strukturları ilə bağlı bir çox sirr qalmaqdadır. 

Fransız astronomlarının apardığı yeni araşdırma Ayın nüvəsinin tərkibi və xüsusiyyətləri haqqında daha ətraflı məlumat verir.

Ay ətrafında dövr edən kosmik gəmilərin topladığı məlumatlara əsasən, alimlər belə qənaətə gəliblər ki, peykimizin nüvəsi xarici ərimiş təbəqə ilə əhatə olunmuş bərk metal kürədən ibarətdir. Bu kəşf Ayın nüvəsinin Yerin nüvəsinə bənzər bir quruluşa malik olduğunu göstərir.

Alimlərin fikrincə, Ayın daxili nüvəsi dəmirin sıxlığına oxşar sıxlığa malikdir. Onun radiusu təxminən 256 kilometr, xarici ərimiş qabıq ilə birlikdə - təxminən 360 kilometrdir. Tədqiqatın müəllifləri hesab edirlər ki, Ay və Yer əvvəllər düşünüldüyündən daha dərin əlaqəyə malik olub.

Ayın bərk nüvəsi nəinki ölçüsünə görə kiçikdir, həm də daha nazik ərimiş təbəqəyə malikdir. Tədqiqatçılar hesab edirlər ki, Ayın nüvəsi onun ümumi kütləsinin təxminən 1-2 faizini, Yerin nüvəsi isə təxminən 15 faizini təşkil edir. Hər iki nüvənin əsasən dəmirdən olmasına baxmayaraq, Ayda Yerlə müqayisədə daha az nikel və digər metallar var.

Daha kiçik ölçüsü və əsasən bərk vəziyyətinə görə Ayın nüvəsi Yerlə eyni səviyyədə geoloji aktivlik nümayiş etdirmir. Nəticədə, Ayın səthinin temperatur rejiminə təsir edən və günəş radiasiyası ilə qarşılıqlı təsirinin xarakterini təyin edən əhəmiyyətli bir maqnit sahəsi yoxdur.

Yerin nüvəsi litosfer plitələrinin hərəkətində və vulkanik fəaliyyətdə, landşaftın formalaşmasında və planetimizdə həyatın mövcudluğu üçün şəraitin təmin edilməsində əsas rol oynayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Ləman Sərraf

Oxşar yazılar