Xatirə İslam həyat yoldaşından danışdı
17 oktyabr 2013 10:38 (UTC +04:00)

Xatirə İslam həyat yoldaşından danışdı

“Başqa xanım müğənnilərin həyat yoldaşlarından fərqli olaraq, ailə qurduğum bəy  məni xərcə salmır”. Bunu Lent. az-a müğənni Xatirə İslam şəxsi həyatından söz açarkən deyib. O, həyat yoldaşının ona dəstək olduğunu söyləyib: “Yoldaşım hərbçi olsa da vaxt tapıb, mənim hər bir işimə nəzarət edir. Hətta yaradıcılıq işlərimdə də mənə kömək edir. Yeganə çatışmayan xüsusiyyəti odur ki, qürurludur. Hələ indiyə kimi məndən pul istəməyib. Hətta bir dəfə elə olub ki, maaşını almasına bir neçə gün qalmış pul lazım olub. Başqasından tapıb, amma mənə ağız açmayıb. Mən də ona əsəbiləşmişəm. Amma qalan hər bir xüsusiyyəti ürəyimcədir. Çünki bir-birimizi anlayırıq. Deyəsən, çox təriflədim. Amma həqiqətdir ki, tərifə layiqdir. Mən digər ifaçılar kimi efirə çıxıb, yalandan ailə qurduğum şəxsi tərifləyənlərdən deyiləm.

 

 

Qeyd edək ki, ötən ilin iyununda Fəxrəddin bəylə ailə quran Xatirə İslamın Emil adlı oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4220

Oxşar yazılar