Bred Pitt  özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
26 aprel 2025 17:40 (UTC +04:00)

Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi

Məşhur amerikalı aktyor Bred Pitt üçüncü dəfə evlənmək istəmədiyini bildirsə də, fikrini dəyişib. Məlum olub ki, Ancelina Coli ilə qalmaqallı boşanmasına baxmayaraq, aktyor yenidən ailə qurmaq qərarına gəlib və artıq seçdiyi qadına — zinət əşyaları dizayneri 32 yaşlı İnes de Ramona evlilik təklifi edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün münasibətləri üç il əvvəl başlayıb və nəhayət, yeni mərhələyə keçib.

Hollivud ulduzu sevgilisinə evlilik təklifini Yeni Zelandiyaya altı həftəlik film çəkilişlərinə yola düşməzdən əvvəl edib. Pitt nəhayət ki, keçmiş həyat yoldaşı Coli ilə bağlı xatirələri arxada qoyub və yeni evliliyə hazırdır.

"Ciddi və sonsuz görünən Ancelina ilə boşanmanın ardından, Bred nəhayət ki, özünü azad hiss edir. O istəyir ki, İnes bilsin: haraya getsə də, həmişə onun yanında olacaq", — deyə cütlüyə yaxın mənbə bildirib.

Evlilik təklifi onların münasibətlərinə çox müsbət təsir edib. İnsayderlərin sözlərinə görə, bu addımdan sonra Bred İnesə daha çox qayğı və sevgi göstərməyə başlayıb. O, ondan bir an belə ayrılmaq istəmir, buna görə də cütlük birlikdə çəkilişlər üçün dünyanın o biri başına yollanıb.

"Bred bilir ki, İnes onun boşanma prosesini çox ağır keçirib və bu müddət ərzində ona dəstək olmağa davam edib. Bred bunu çox yüksək qiymətləndirir", — deyə insayderlər əlavə ediblər.

Məşhurlar bu ilin yayının sonunda və ya payızın əvvəlində toy etməyi planlaşdırırlar. Onlar yalnız ailə üzvlərini, dostları və bəzi Hollivud ulduzlarını dəvət edəcəkləri kiçik bir mərasim keçirmək istəyirlər.

Qeyd edək ki, bu, Pitt üçün artıq üçüncü evlilik olacaq. Onun ilk həyat yoldaşı "Dostlar" serialının ulduzu Cennifer Aniston olub. Onlar 2000-ci ildə evlənmiş, lakin beş il sonra boşanmışdılar. Ancelina Coli ilə münasibətləri isə 11 il davam etmişdi. Cütlük 2014-cü ildə evlənmiş, lakin iki il sonra ayrılmağa qərar vermişdi. 2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etmişdilər və yalnız keçən ilin sonunda boşanma sənədlərini rəsmi imzalamışdılar. Onların altı ortaq övladı var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar