Britaniyalı məşhur yazıçı Sofi Kinsella beyin xərçənginə tutulub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə yazıçı özü məlumat yayıb.
O bildirib ki, 6 ay öncə ona xərçəng diaqnozu qoyulub. O artıq yaddaşını itirdiyini və daha tez yorulduğunu bildirib. Bu diaqnozla ən çox 1 il yaşaya biləcəyini söyləyib.
30-dan çox kitabın müəllifi olan Kansellanın kitabları dünyanın 60 ölkəsində, 45 dildə çap edilib. Onun kitablarının ümumi tirajı 45 milyondan çoxdur.
Yazıçının əsərləri əsasında Hollivudda 3 bədii film çəkilib.