Ben Afflek ilk dəfə  Lopezdən boşanmasının   səbəbini AÇIQLADI
26 mart 2025 17:34 (UTC +04:00)

Ben Afflek ilk dəfə Lopezdən boşanmasının səbəbini AÇIQLADI

Hollivud aktyoru Ben Afflek müğənni Cennifer Lopezlə evliliklərinin bitməsi barədə ilk dəfə danışıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük bu ilin əvvəlində rəsmi şəkildə boşanıb. Bir neçə ay sonra isə Ben bu münasibətlə bağlı təfərrüatları açıqlamağa qərar verib.

Aktyorun sözlərinə görə, o, keçmiş həyat yoldaşına qarşı heç bir kin saxlamır və onlar sakit şəkildə vidalaşıblar. Hətta böhranlı dövrdən bir qədər əvvəl Afflek Lopezin layihələrinə də qatılıb. Xüsusilə də, müğənninin “Heç vaxt danışılmayan ən böyük sevgi hekayəsi” adlı filminin çəkilişləri zamanı aktyor anladığını bildirib ki, onun xarakteri “daha sakit və təmkinlidir”, Lopez isə onun tam əksidir.

Aktor qeyd edib ki, ayrılığın səbəbləri əslində bir çox cütlüklərin yaşadığı ümumi problemlərlə bağlıdır. Lakin konkret nə baş verdiyini açıqlamayıb. Yalnız onu vurğulayıb ki, bu, bir-birlərinə marağın itməsi ilə bağlı ola bilər.

“Bu insanı həqiqətən çox hörmətlə qarşılayıram. Düşünürəm ki, insanlar ayrılığa baxanda, səbəbləri və təfərrüatları öyrənmək istəyirlər. Lakin həqiqət çox daha adi və sadədir, insanların təsəvvür etdiyindən uzaq. Burada nə qalmaqal, nə serialvari intriqa, nə də böyük bir sirr var. Sadəcə iki insanın həyatını və münasibətlərini anlamağa çalışmasının bir hekayəsidir. Və yaşınız artdıqca – mənimlə olduğu kimi – anlayırsınız ki, əksər hallarda “filankəs bunu etdi” ya da “böyük bir hadisə baş verdi” kimi səbəblər olmur. Bu barədə daha çox danışmaq istəmirəm, çünki bu məni narahat və kövrək hiss etdirir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53