Fatimə axır ki, razı saldı...
09 fevral 2010 12:30 (UTC +04:00)

Fatimə axır ki, razı saldı...

Rəqqasə Fatimə bu gün yeni DVD diskini mətbuat nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, rəqqasə yeni diskində 25 rəqs ifa edib. Fatimənin təqdimatında yumorçular Rafael və Coşqun, müğənni Lalə Məmmədova, Kərim, Manaf Ağayev, rəqqasə Aliyə Ramazanova iştirak edirdi.

Sənət həmkarları, eləcə də müəlliməsi Aliyə Ramazanova Fatimənin yeni işindən məmnun qalıblar. Aliyə Ramazanova məhz bu gün tələbəsinə əsl qiymət verdiyini deyib.

Qeyd edək ki, Fatimə qədim xalq mahnıları ilə yanaşı hind, ispan, misir, fars musiqilərini də ifa edib.

Lalə Yusifqızı
# 379

Oxşar yazılar