Türkiyədə DƏHŞƏT:  həbsxanada görüşünə gəlməyənləri küçədə GÜLLƏLƏDİ
04 fevral 2023 19:45 (UTC +04:00)

Türkiyədə DƏHŞƏT: həbsxanada görüşünə gəlməyənləri küçədə GÜLLƏLƏDİ

Türkiyədə 8 nəfəri odlu silahla yaralayan kişi saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbulda “Sarı Mehmet” ləqəbli Mehmet. B iştirak etdiyi bir cinayətə görə, saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra istintaqın gedişində Mehmet sərbəst buraxılıb.

“Sarı Mehmet” həbsdə olduğu müddətdə onunla görüşə gəlməyən və maraqlanmayan dost-tanışlarının siyahısını tərtib edib. Beləliklə 1 ay əvvəl azadlığa çıxandan sonra müxtəlif günlərdə həmin 8 nəfəri ayaqlarından odlu silahla yaralayıb. Onun 8-ci adamı yaralamağı da qeyri-adi hadisədir. Belə ki, küçədə gəzərkən vurduğu 61 yaşlı Erdinç Gülseren güllələrdən qurtulduğunu zənn edərək 200 metr piyada gedib. Sonra isə yaralandığını hiss edərək, yerə yıxılıb.

Onun tutulması bir az çətin olub. Belə ki, törətdiyi hadisələrdən sonra naməlum üsulla iz itirib. Ancaq Mehmet Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən İstanbulun Güngörən adlanan ərazisində saxlanılaraq, istintaqa təhvil verilib.

# 3342
avatar

Oxşar yazılar