Şagird valideynlərinə şikayət edən direktor müavinini bıçaqladı
30 aprel 2024 16:58 (UTC +04:00)

Şagird valideynlərinə şikayət edən direktor müavinini bıçaqladı

Türkiyədə şagird müəllimini bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhərinin Pursaklar adlanan ərazisində baş verib. 17 yaşlı şagird aprelin 22-də təhsil aldığı liseyə qadağan olunan elektron siqaretlə gəlib. Bunu görən direktor müavini 55 yaşlı Sadettin Dinçer şagirdin valideynlərinə məlumat verib.

Bundan əsəbiləşən R.U. məktəbin birinci mərtəbəsində gizlənərək müəllimi gözləyib. O, qəflətən arxadan hücum edərək, direktor müavinini ayağından bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Cinayətkar şagird isə saxlanılıb və araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Oxşar yazılar