Qayınatasının zorladığı gəlinin  ŞOK İFADƏLƏRİ  – “Oğlunun acığına...”
04 may 2021 16:00 (UTC +04:00)

Qayınatasının zorladığı gəlinin ŞOK İFADƏLƏRİ“Oğlunun acığına...”

Balakəndə gəlini zorlamaqda təqsirli bilinən 1961-ci il təvəllüdlü N.G-nın (ad soyad şərtdir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müəyyən edilib ki, N.G  18 yaşlı gəlini C.G-nı (ad şərtidir) soyuq silahla hədələyib və işgəncə verərək zorlayıb.

Məhkəmədə ifadə verən zərərçəkən C.G bildirib ki, 2017-ci ildə Rusiyada tanış olduğu F.G (ad şərtidir) ilə ailə həyatı qurub. Lakin həmin vaxtı onun 16 yaşı olmadığına görə həyat yoldaşı F.G cinayət məsuliyyətinə cəlb edilib və 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, 2019-cu il tarixdə tək Dağıstan Respublikasından ərinin yaşadığı Balakən rayonuna gəlib və orada məskunlaşıblar.

Həyat yoldaşının atası da tez-tez onların evinə gəlib-gedib. Gəlin ifadəsində belə deyir:

“Qayınatamla ilk vaxtlar münasibətimiz yaxşı olub. Ona “ata” deyə müraciət edirdim, o da mənə qızım deyirdi. Lakin bir müddət sonra qayınatamın mənə qarşı münasibətində dəyişiklik hiss elədim. Təxminən 2020-ci ilin fevral ayının ortalarında saat 9 radələrində qayınatam bizə gəldi. Həmin vaxtı ərim su dalınca getmişdi. Birdən kişi sağ yanağını barmağı ilə göstərib dedi ki, “ay qızım, gəl məni öp!”. Onu öpməyəcəyimi dedim. Bu zaman qayınatamın bu istəyinə görə pis olduğum üçün evdən çölə çıxmaq istədim. O,  giriş qapısının qarşısında qolumdan tutub özünə tərəf çəkdi və əllərini mənim arxama, sinəmə və ayaqlarıma sürtdü, məni zorla taxtın üstünə oturtdu”.

Gəlin qeyd edir ki, qayınatası ona yaxınlaşmaq istəyəndə ona müqavimət göstərib:

“Onu əlimlə itələyəndə dodağı qanadı.  Dodağından qan gəldiyi üçün o, məndən əl çəkib evdən çıxdı. Sabahısı gün qayınatam bizə gəldi. Məndən xahiş etdi ki, dünən baş verənlərlə bağlı ərimə heç nə deməyim. Və bu cür halın bir daha təkrarlanmayacağına söz verdi. Mən ona heç nə demədim, ağladım”.

Zərərçəkmiş gəlin ifadəsinin davamında deyib ki, bir həftədən sonra əri işdə olan zaman qayınatası yenə onlara gəlib:

“Axşama qədər bizdə oturdu. Axşam saat 20 radələrində qayınatam qəflətən yerindən duraraq arxadan məni qucaqladı. Müqavimət göstərməyə çalışdım. Əli ilə sinəmi, qarnımın aşağısını sığallayıb qaçdı. Artıq ondan çox qorxurdum, lakin ərimə də bir şey deyə bilmirdim. Bir neçə gün sonra başladı məni şərləməyə. Guya ki buna yemək vermirəm, qonşuya gedib qayıtmıram. Hətta yalandan dedi ki, qonşuda oğlanla deyib gülürəm. Ərimlə söhbət elədim, bildirdim ki, məni şərləyir. Yoldaşım onunla dava elədi, məndən və ərimdən üzr istədi. Ərim onu bağışlasa da, məni onu bağışlamadım.

Bir neçə gün keçmişdi. Həyat yoldaşım işə getdi. Bir müddət sonra qayınatam bizə gəldi. Qabağına yemək qoydum. Yeməyi bitirəndən sonra çay istədi, süzüb verdim. Masanın üstünü yığışdıran zaman qayınatam arxa nahiyəmə sillə vurdu. Kənara çəkildim, ondan nə etdiyi soruşdum. Gülə-gülə mənə cinsi əlaqədə olmaq istədiyini dedi. Üstünə qışqırdım, dedim mənə etdiyin təklifi oğluna deyəcəyəm. Bu zaman gördüm ki, mətbəxə gedib bıçaq axtarır. Qorxumdan həyətə çıxıb qaçmağa başladım. Dalımca qaçdı, dedi “səni də arvadım kimi öldürücəm”. Qışqırmağa başladım. Bu zaman işdən qayıdan ərim səsimi eşidib, həyətə qaçdı. Yalandan ərimə dedi ki, qonşunun kişisi ilə münasibət yaşayıram. Mən də yoldaşıma atasının mənim arxamdan sillə ilə vurduğunu dedim. Bu zaman ərimlə avar dilində danışmağa başladılar. Daha sonra dalaşdılar. Qaynım onları araladı. Biz ərimlə qərar verdik ki, həmin evdən çıxaq. Bir müddət sonra kəndin kənarında yerləşən fermanın həyətində bir daxmaya köçdük. Həmin yerdə yaşayış yox idi”.

Zərərçəkmiş qeyd edib ki, fermanın həyətinə köçdüklərindən bir neçə gün sonra əri işdə olan zaman qayınatası əlində bıçaq və armaturla onun üzərinə gəlib:

“Mən ona yalvardım ki, bizdən əl çəksin. Lakin o saçımdan yapışaraq dedi ki, mənimlə gəlməlisən. Əlindəki armaturla başıma zərbə vurdu. Dedi mənimlə gəlməsən səni öldürəcəyəm. Qışqırmağa başladım, lakin səsimi eşidən olmadı. Qışqıran zaman yenə dəmir parçası ilə başıma və bədənimə zərbələr vurdu. Məni sürüyə-sürüyə kanalın yanına gətirdi. Kanalın üstü kolluqlar idi. Paltarlarımı çıxarmağı tələb etdi. Yalvardım ki, mənə heç nə etməsin. Amma o, yalvarışlarıma və ağlamağıma məhəl qoymadı. Dəmir parçası ilə yenə zərbələr vurdu, əynimdəki paltarlarımı cırdı. Artıq başım, üzüm və əlim qan içində idi. Müqavimətimi itirmişdim. Əynimdəki bütün paltarları çıxartdı. Əlində bıçaq vardı, dedi nəsə etsən səni öldürəcəyəm. Yenə qışqırmağa başladım, amma səsimi eşidən olmadı. Məni yenə döydü. Özümü pis hiss edirdim.  Qayınatam artıq müqavimətimi qırıb mənimlə cinsi əlaqədə oldu. 10 dəqiqədən sonra məni buraxdı. Məni qarşıdakı arxda əl-üzümü, paltarlarımı yumağımı tələb etdi, bir iki zərbə də vurdu. Alt paltarımı isə vermədi. Dedi, onu özüylə aparacaq. Bir də qayıdıb dedi ki, oğlunun açığına məni zorlayıb. Hədələməyə başladı ki, bu hadisəni kiməsə desəm məni öldürəcək. Qorxumdan dedim ki, heç kimə heç nə deməyəcəyəm. Həmin yerdən fermaya gəldim. Ərim gördü ki, üzüm başım qan içindədir. Ona atasının məni döydüyünü dedim. Zorlandığımı isə deyə bilmədim qorxdum ki, ailəm dağılar. Ərim polisə məlumat verdi. Araşdırma başladılar. Təxminən 10 gündən sonra ərimə atasının mənə zorladığını, cinsi əlaqə olduğunu etiraf etdim”.

Təqsirləndirilən şəxs isə ifadə verərək özünü təqsirli bilməyib. Qeyd edib ki, oğlu və gəlini ona şər atırlar:

“Oğlumun mənimlə problemi olub. Ona görə şər atırlar ki, birlikdə yaşamasınlar. Oğlum məni dəfələrlə döyüb, xəsarət yetirib. Heç vaxt gəlinimi zorlamamışam”.

Araşdırma zamanı təqsirləndirilən şəxsin 1993-cü ildə həmkəndlisinə vintaçanla xəsarət yetirdiyi üçün 4 il 6 altı ay azadlıqdan məhrum edildiyi,  2008-ci ildə arvadını bıçaqla boğazını kəsib öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edildiyi məlum olub. Təqsirləndirilən şəxs 2018-ci ildə azadlığa buraxılıb.

Məhkəmə prosesində şahidlərin ifadəsi, ekspertiza nəticələri və məhkəmə araşdırması zamanı N.G-ın törətdiyi əməllər tam təsdiqini tapıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.G-ı Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli hərəkətlər) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228-ci (soyuq silah saxlama), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 149-cu (zorlama) maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32517
avatar

Səlcuq Elçin

Oxşar yazılar