Bakıda oğurluq və soyğunçuluq  edənlər saxlanıldı
15 sentyabr 2025 14:23 (UTC +04:00)

Bakıda oğurluq və soyğunçuluq edənlər saxlanıldı

0

Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədov saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın bank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı E.Pirməmmədov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar