Polis və hərbçilərdən birgə ƏMƏLİYYAT:  saxlanılan var
16 dekabr 2022 12:21 (UTC +04:00)

Polis və hərbçilərdən birgə ƏMƏLİYYAT: saxlanılan var

Sabirabad sakinindən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzlərindən Lent.az-a birgə daxil olan məlumata görə, hıər iki qurum əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 3279
avatar

Oxşar yazılar