Abşeron rayonunda gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 12 qrama yaxın narkotik vasitə heroin, 5 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkar edilən elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında onun narkotik maddələri əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Ələ keçirilən narkotik maddələr
Narkotiki təbliğ edib satan tutuldu -VİDEO
Abşeronda narkotik satan tutuldu
Oxşar yazılar

Uşaq kiçik qardaşını ailəsinin gözü önündə səhvən GÜLLƏLƏDİ
20 may 2025 , 17:30
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
20 may 2025 , 17:18
Sumqayıtda kişi bıçaqlandı
20 may 2025 , 17:02
Sabirabadda DƏHŞƏT: 16 yaşlı sevgilisini öldürüb Kür çayına atdı
20 may 2025 , 15:55
Müdirini parçalayıb qalıqlarını dərəyə atdı
20 may 2025 , 11:38
Bakıda güləşçi söyüşə görə öldürüldü: QARA "X5", bir şüşə araq... - TƏFƏRRÜAT
19 may 2025 , 20:15
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
19 may 2025 , 15:30