Kənd sakini 15 kiloya yaxın narkotiklə tutuldu
03 mart 2022 22:25 (UTC +04:00)

Kənd sakini 15 kiloya yaxın narkotiklə tutuldu

Biləsuvar sakinindən külli miqdarda narkotik aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəhmətabad kənd sakini C.Əliyev saxlanılıb. Ondan 11 kiloqram 630 qram heroin, 3 kiloqram 40 qram tiryək və 720 qram metamfetamin aşkar edilərək götürülüb.

# 1992
avatar

Mehman Nəbiyev

Oxşar yazılar