İş adamının qızını qaçıranlar 5 il sonra  tutuldular
31 may 2024 13:15 (UTC +04:00)

İş adamının qızını qaçıranlar 5 il sonra tutuldular

Rusiyanın Smolensk şəhərində hüquq-mühafizə orqanları beş il əvvəl iş adamının qızını qaçırmaqda şübhəli bilinən üç nəfəri saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə 2019-cu ilin sentyabr ayının sonunda baş verib. Şübhəlilər avtomobillə iş adamının azyaşlı qızının oxuduğu Safonovo şəhərindəki məktəblərdən birinə gəliblər. Qızı görən cinayətkarlardan biri özünü atasının tanışı kimi təqdim edərək məktəbli qıza evə getməyi təklif edib. 

Uşaq maşına minərkən cinayət ortaqları iş adamına zəng edərək, qızına fiziki xəsarət yetirməklə hədələyiblər. Bu yolla ondan sahib olduğu şirkətlərin və səhmlərin göstərilən şəxslərə yenidən qeydiyyata alınmasını tələb ediblər. Qızı üçün qorxan kişi qaçıranların şərtlərinə əməl edib və uşaq evə qayıdıb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “e”, “h” bəndləri (“Bir qrup şəxs tərəfindən açıq-aşkar azyaşlıya qarşı qabaqcadan əlbir olaraq, tamah niyyəti ilə adam oğurluğu”) və 1-ci bəndləri ilə cinayət işi başlanıb.

Hazırda təqsirləndirilən şəxslərin hamısı həbs edilib, onların yaşayış yerlərində axtarışlar aparılıb və külli miqdarda nağd pul götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2661
avatar

Oxşar yazılar