İki nəfəri odlu silahla  HƏDƏLƏDİ
06 dekabr 2021 21:28 (UTC +04:00)

İki nəfəri odlu silahla HƏDƏLƏDİ

Mingəçevirdə iki nəfəri odlu silahla hədələyən saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Mingəçevir şəhər Polis Şöbəsinə dekabrın 4-də bir nəfərin Yevlax rayon sakini E.Poladovu və Tərtər rayon sakini E.Vəliyevi silahla hədələməsi barədə məlumat daxil olub. Həmin şəxsin Mingəçevir şəhər sakini M.Nuriyev olması müəyyənləşib və saxlanılıb.

İdarə etdiyi “NAZ-Lifan” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olan “Dərya MK-12” markalı ov tüfəngi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Mehman Nəbiyev

Oxşar yazılar