Gəncədə yeniyetməni öldürən saxlanıldı - YENİLƏNİB
20 sentyabr 2022 15:01 (UTC +04:00)

Gəncədə yeniyetməni öldürən saxlanıldı - YENİLƏNİB

Gəncədə qətl törədən saxlanılıb.

Şəhər prokurorluğundan Lent.az-a verilən xəbərə görə, sentaybrın 20-i saat 6 radələrində 17 yaşlı Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 38 yaşlı Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***
Saat: 6:05

Gəncədə bıçaqlanan şəxs vəfat edib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, o, xəstəxanada dünyasını dəyişib.

***

23.48

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin "Köhnə maşın bazarı” adlanan ərazisində qeydə alınıb. 

2005-ci ildə anadan olmuş Novruzov Həsən  bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır. 

# 8427
avatar

Oxşar yazılar