"Cinsiyyət orqanı tam amputasiya olunub"  - TƏBİB-dən Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA
15 may 2025 15:28 (UTC +04:00)

"Cinsiyyət orqanı tam amputasiya olunub" - TƏBİB-dən Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA

Mayın 15-i saat 00:30-da Xaçmaz rayonunda xəsarət alan 42 yaşlı kişi şəxs rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.

Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

11:24

Xaçmazda dəhşətli hadisə baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Fərzəli-oba kəndində qeydə alınıb. 

Kənd sakini, 41 yaşlı Ş.M cinsi orqanının kəsilməsi, boyun və boğaz nahiyəsindən isə bıçaq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb. 

Araşdırmalar zamanı ona xəsarət yetirənin həmkəndlisi Səbuhi Mahmudov olması müəyyən edilib. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976

Oxşar yazılar