Xalq artistinə qarşı 215 minlik DƏLƏDUZLUQ
15 may 2025 11:10 (UTC +04:00)

Xalq artistinə qarşı 215 minlik DƏLƏDUZLUQ

Rusiyanın xalq artisti Vera Vasilyeva dələduzluğa məruz qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sankt-Peterburq Musiqili Komediya Teatrının 78 yaşlı aktrisası özünü FTX və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən fırıldaqçıların tələsinə düşüb.

Məlumata görə, mayın 13-də Vasilyeva messencerdə özünü onun keçmiş müdiri adlandıran şəxsdən mesaj alıb. O bildirib ki, mühasibat auditi zamanı sənətçinin əvvəlki vəzifəsində “rəsmi siyahıya alındığı” iddia edilən qanunsuz ödənişlər “aşkar edilib”. Bu, fırıldaqçının sözlərinə görə, xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.

Tezliklə Vasilyevaya özünü Aleksey adlı polis zabiti kimi təqdim edən şəxs zəng edib və onun Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdə şübhəli bilindiyini bildirib. Sonra başqa bir dələduz - "əməliyyat nəzarətçisi" İlya əlaqə saxlayıb və o, aktrisanı "təhlükəsizliyi təmin etmək" üçün "təhlükəsiz hesaba" pul köçürməyə inandırıb.

Təzyiqlərə təslim olan sənətçi nağd pul çıxarıb və Liqovski prospektindəki bank filialına 215 min rubl (təxminən 4546 manat) köçürüb. O, aldadıldığını yalnız əməliyyat başa çatdıqdan sonra başa düşüb.

Hazırda araşdırma aparılır.

Vera Vasilyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1516

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15