Fərdi sahibkar malları pərakəndə ticarət obyektində satmaqla yanaşı, onlayn verilən sifarişlər üzrə də malların fiziki şəxslərə çatdırılaraq satılmasını həyata keçirir.
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu alış-veriş zamanı tətbiq edilən qaydalarla bağlıdır.
Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilirmi?
Bildirirk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Sorğuda göstərilən halda pərakəndə ticarət qaydasında internet üzərindən təqdim edilmiş mallara görə hər bir alıcıya ayrıca nəzarət-kassa aparatının çeki verilməlidir. Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 13-cü, 16-cı, 71-1-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.