Bakıda yaşıllıq göz görə-görə məhv olur -VİDEO
15 may 2025 13:06 (UTC +04:00)

Bakıda yaşıllıq göz görə-görə məhv olur -VİDEO

“Bura Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Natəvan küçəsində yerləşən meşəlik ərazidir. Rəsmi olaraq istirahət və ya park zonası kimi fəaliyyət göstərməsə də, bu təbiət sahəsi uzun illərdir yerli ekosistemin bir parçası olub. Təəssüf ki, hazırda  bu ərazi acınacaqlı vəziyyətdədir.”

Lent.az xəbər verir ki, bu sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb: 

Sakinlər kamera qarşısında müsahibə vermək istəməsələr də bildirdilər ki, ərazidəki ağaclara qulluq edilmir, həmişə yaşıl bitkilər çoxu quruyub, yarısı isə aşıb. Bir sözlə illərin ağacları baxımsız vəziyyətdədir. 

Quru otlar, məişət tullantıları və baxımsızlıq meşəliyin tədricən məhv olmasına gətirib çıxarır.

Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsinə sorğu ünvanladıq. Biləcəri bələdiyyəsi sədr müavini Osman Qasımov belə cavab verdi:

“Nəzərinizə çatdırırıq ki, Biləcəri qəsəbəsi Natavan küçəsi ərazisində yerləşən şamlıq meşə zolağında ağacların quruması və aşması barədə tərəfimizdən Azərbaycan respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji ekspertiza xidmətinə və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat birliyinə məlumat verilmişidir.”

Belə ərazilər şəhər üçün “yaşıl ağciyər” hesab olunur. Onların məhv olması şəhərin ekosisteminin məhv olması deməkdir.

Mövzu ilə bağlı 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə də sorğu ünvanladıq. İdarənin rəisi Qafar Ağayev bildirdi ki, ağacların xəstəlik nəticəsində quruduğu müəyyən olunub:

“Binəqədi rayon Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ağacların quruması və aşması ilə bağlı daxil olan şikayət 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfində araşdırılıb. Sözügedən ərazidə qurumuş ağacların dibindən torpaq nümunələri götürülərək analiz edilib. Və ağacların kənar müdaxilə nəticəsində deyil, onlara düşən xəstəlik nəticəsində quruduğu müəyyən olunub.”

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Biləcəri sakinləri bu gözəl təbiət guşəsinin qorunmasını və bərpasını tələb edirlər.  Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406

Oxşar yazılar

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

Şəhərin mərkəzində dayanacaq yoxdur -VİDEO

18 iyun 2025 , 18:20
Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

Bakıda avtobuslar niyə yoxa çıxır? -VİDEO

18 iyun 2025 , 16:50
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 iyun 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15