8 il əvvəl Kolumbiyada itkin düşən 21 yaşlı qızın qalıqları Peruda tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Liset Dayani Saldanyu Bastidasın qalıqları təsadüfən mayın 10-da Baranka vilayətinin yaxınlığındakı Panamerika şosesinin kənarında tapılıb. Onun qalıqları bədəndəki döymə sayəsində tanınıb. Polis müəyyən edib ki, qız zorakılığa məruz qalıb, əlləri və ayaqları bağlanıb. Bundan əlavə, onun başı da qırxılmış vəziyyətdə olub.
Bastidasın anası deyib ki, qızı 2017-ci ildə Kolumbiyanın Alxerias şəhərində itkin düşüb. Yaxınları onun başqa ölkəyə necə getdiyini bilmirlər. Ailə qızın qalıqlarını vətənə qaytarmaq üçün maddi vəsait toplamağa çalışır.
Peru polisi hələlik hadisə barədə heç bir ehtimal irəli sürməyib. İstintaq davam edir.