London klubu Çempionlar Liqasından kənarda qalsa belə, baş məşqçi Enzo Mareskaya etimadı qorumağa hazırdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Çelsi” futbol Klubu komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi ilə bağlı tədbirlər planı hazırlayır.
Hazırda London klubu “Aston Villa” ilə müqayisədə daha yaxşı əlavə göstəricilər sayəsində nüfuzlu avrokuboklarda iştirakını təmin edərək, liqanın turnir cədvəlində beşinci yeri tutur.
“Çelsi” rəhbərliyi komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, Enzo Mareskanın baş məşqçi postunu saxlaması ilə bağlı artıq qərar verib. Klub əmindir ki, italyan məşqçinin rəhbərliyi altında komanda inamlı inkişaf nümayiş etdirir.
Məşqçinin işinin yekun təhlili gələn mövsümün sonuna planlaşdırılıb. Bununla belə, komandanın son dərəcə qeyri-qənaətbəxş nəticələri olduğu halda bu qiymətləndirməyə yenidən baxıla bilər.
Qeyd etmək vacibdir ki, əgər “Çelsi” gələn il Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bu, idarə heyətinin Mareskanın baş məqşçi kimi gələcəyinə yenidən baxması üçün güclü səbəb olacaq.