20 uşaq öskürək dərmanından  öldü
09 oktyabr 2025 12:14 (UTC +04:00)

20 uşaq öskürək dərmanından öldü

0

Hindistanda Coldrif adlı öskürək siropu 20 uşağın ölümünə, daha 5 uşağın isə kritik vəziyyətə düşməsinə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk ölüm hadisəsi sentyabrın əvvəlində qeydə alınıb. Ən çox itki Madhya-Pradeş ştatında baş verib. Orada 14 uşaq həyatını itirib. Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, siropun qəbulu uşaqlarda kəskin böyrək çatışmazlığına səbəb olub və bu da onların ölümünə gətirib çıxarıb.

İstehsalçı bilərəkdən toksik maddədən istifadə edib

İstintaq nəticəsində müəyyən edilib ki, şirkət istehsal xərclərini azaltmaq üçün təhlükəli dietilenqlikol maddəsindən istifadə edib. Bu maddənin miqdarı icazə verilən normadan 50 faiz çox olub. Bundan başqa, fabrikin özündə 300-dən çox ciddi istehsal qayda pozuntusu aşkarlanıb.

Zavod bağlanıb, rəhbərlik məsuliyyətə cəlb olunur

Şirkətin Tamilnad ştatında yerləşən zavodu artıq bağlanıb. Rəhbərlik ehtiyatsızlıqdan adamöldürmə, saxta dərman istehsalı və qanunsuz farmasevtik fəaliyyət maddələri ilə ittiham olunur.

Mərkəzi Dərman Standartlarına Nəzarət İdarəsi şirkətin istehsal lisenziyasının ləğvini tələb edib. Siropun satışı və istifadəsi artıq Maharashtra, Uttar-Pradeş, Racəsthan və Uttarakhand ştatlarında da qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar