“Avroviziya-2026" LƏĞV EDİLƏ  bilər
09 oktyabr 2025 14:50 (UTC +04:00)

“Avroviziya-2026" LƏĞV EDİLƏ bilər

0

Beynəlxalq “Avroviziya-2026” mahnı müsabiqəsi ləğv təhlükəsi ilə üzləşə bilər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, gələn il iştirakçıları qəbul etməli olan Avstriya yarışmanı keçirməkdən imtina edə bilər. Səbəb isə İsrailin müsabiqədən kənarlaşdırılması ola bilər.

Açrtıq bir neçə ölkə - Sloveniya, Xorvatiya, İrlandiya və İspaniya - açıq şəkildə İsrailin müsabiqədən diskvalifikasiya edilməsini tələb ediblər. Lakin OE24-ün məlumatına görə, ev sahibi ölkənin kansleri Kristian Ştoker hesab edir ki, bu qərar bərabərlik prinsiplərinə zidd olar. Buna görə də o, belə bir halda Avropanın əsas musiqi tədbirindən imtina etməyə çağırır.

“Bizim - başqa heç kimin yox, məhz bizim - yəhudi bir sənətçiyə Vyanaya gəlməyi qadağan etməyimiz mümkünsüzdür”, - siyasətçi bildirib.

Avstriya paytaxtının meri Mihael Lyudviq də İsrailin istisna edilməsinin səhv olacağını söyləyib. Bununla belə, o hesab edir ki, şou yenə də keçirilməlidir, çünki bu, büdcəyə böyük gəlir gətirəcək.

Qeyd edək ki, ORF telekanalı artıq Avropa Yayım İttifaqı (EBU) ilə müqavilə imzalayıb və müsabiqəni keçirmək öhdəliyini üzərinə götürüb. Lakin Avstriya “Avroviziya-2026”-dan imtina etsə, kanal təxminən 40 milyon avro məbləğində cərimə ödəmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, daha əvvəl Avropa Yayım İttifaqının noyabr ayında onlayn səsvermə keçirəcəyi, həmin səsvermə zamanı İsrailin “Avroviziya-2026”dakı taleyinin müəyyən ediləcəyi bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar