PSJ "Barselona"nın vingeri Lamin Yamalı almaqda maraqlıdır.
Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, fransız klubu 18 yaşlı futbolçu üçün kataloniyalılara 230 milyon avro təklif etməyi planlaşdırır.
Bu mövsüm ispaniyalı futbolçu “Barselona”nın heyətində beş oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt Yamalın dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Futbol tarixinin ən bahalı transferi Neymarın 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçməsidir.