Qardaşının bıçaqladığı 22 yaşlı kişi xəstəxanada öldü - YENİLƏNİB 2
09 oktyabr 2025 20:52 (UTC +04:00)

Qardaşının bıçaqladığı 22 yaşlı kişi xəstəxanada öldü - YENİLƏNİB 2

0

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qardaş xəstəxanada ölüb

Lent.az xəbər verir ki, ötən gecə böyük qardaş 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan kiçik qardaş 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş vermişdi. Qardaşlar arasında yaranan mübahisə zamanı böyük qardaş kiçik qardaşa kəsici-deşici alətlə xəsarət yetirmişdi. Dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan yaralı əməliyyat blokuna alınmışdı.

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı C. Abdullayev polisə gələrək könüllü təslim olub. (APA)

***

07:41

Lənkəranda kiçik qardaşı bıçaqlayan Calal Abdullayev könüllü şəkildə polisə təslim olub.

Lent.az xəbər verir ki, hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 36 yaşlı Calal Abdullayev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır. 

***

22:02

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın verdiyi xəbərə görə Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyat blokuna alınıb.

İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2279

Oxşar yazılar