Bu ölkədə də 15 yaşdan kiçik uşaqlara   sosial media qadağan edilir
10 oktyabr 2025 00:58 (UTC +04:00)

Bu ölkədə də 15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir

0

Danimarkanın baş naziri Mette Frederiksen sosial medianın uşaqların psixi sağlamlığına və konsentrasiyasına mənfi təsir göstərdiyini əsas gətirərək 15 yaşdan kiçik uşaqlar üçün qadağan ediləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, Danimarka 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən növbəti ölkə olmağa hazırlaşır.

Baş nazir Mette Frederiksen bu yeni təklifi parlamentdəki açılış nitqində açıqlayıb.

Frederiksen, mobil telefonların və sosial medianın uşaqların uşaqlığını oğurladığını vurğulayaraq, onların gənc istifadəçilərin psixi sağlamlığına və konsentrasiya səviyyələrinə mənfi təsir göstərdiyini bildirib.

Bildirilir ki, bu təklifin gündəmə gəlməsinə uşaqlar və yeniyetmələr arasında artan narahatlıq və depressiya halları səbəb olub.

Qadağanın hansı sosial media şəbəkələrini əhatə edəcəyi hələ dəqiqləşdirilməsə də, bir neçə platformanı əhatə edəcəyi bildirilib. Qadağanın gələn ildən qüvvəyə minəcəyi gözlənilir.

Bununla belə, qadağanın istisnası olacaq; valideynlər öz razılığı ilə övladlarına 13 yaşından etibarən sosial mediadan istifadə etməyə icazə verə biləcəklər.

Danimarkanın təklifi Avstraliyanın 16 yaşdan kiçik uşaqlar üçün “Facebook”, “Snapchat” və “TikTok” kimi platformaları qadağan etmək təklifindən sonra gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar