Tanışı tərəfindən bıçaqlanan şəxs  xəstəxanada öldü
10 oktyabr 2025 06:52 (UTC +04:00)

Tanışı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü

0

Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

Şadlıq sarayında aralarında yaranan mübahisə zəminində Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu tanışı tərəfindən bıçaqlanıb.

T. İsrafilov Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Əməliyyatdan sonra vəziyyəti ağırlaşan T. İsrafilovu xilas etmək mümkün olmayıb.

Bıçaqlama hadisəsini törədən Qaragüney kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Xəqani Möhübbət oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar