Lənkəranda QƏZA:  2-si uşaq   olmaqla, 4 nəfər  yaralandı
10 oktyabr 2025 10:19 (UTC +04:00)

Lənkəranda QƏZA: 2-si uşaq olmaqla, 4 nəfər yaralandı

0

Lənkəranda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Murad Mirzəzadənin idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub. "VAZ-2106"nın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 764

Oxşar yazılar