Dəri, saç və baş ağrısının  qarşısının alınması üçün ən yaxşı su temperaturu
09 oktyabr 2025 16:45 (UTC +04:00)

Dəri, saç və baş ağrısının qarşısının alınması üçün ən yaxşı su temperaturu

0

Düzgün su temperaturu dərini qurutmur, saçlara parlaqlıq verir və hətta kəskin baş ağrılarının qarşısını almağa kömək edə bilər.

Lent.az düzgün temperaturu təqdim edir:

Xəstəlik zamanı

Xəstə olduğunuz zaman ideal seçim 38°С-dən yüksək olmayan isti duş və ya vannadır. İsti su bədənin rahatlamasına, gərginliyin azalmasına kömək edir və hərarətlə mübarizədə faydalıdır.

Bir çox insan bədən hərarətini aşağı salmaq üçün soyuq duş qəbul edir, lakin mütəxəssislər bunu məsləhət görmür, çünki bu, əksinə bədən temperaturunu yüksəldə və immun sisteminə zərər verə bilər. Çox isti vanna ürəyə əlavə yük verir və xüsusilə ürək-damar problemi olan insanlar üçün təhlükəli də ola bilər.

Dərinin sağlamlığı üçün

38°С-dən yüksək su dərinin təbii qoruyucu baryerini poza və onu nəmləndirən təbii yağları yuyub aparar. Bu, dərinin qurumasına və ekzema (atopik dermatit) kimi problemlərin pisləşməsinə səbəb ola bilər.

Soyuq su isə əksinə, iltihabı azalda, damarları daralda və məsamələri müvəqqəti kiçildə bilər.

Parlaq saçlar üçün

Saçların da dəridəki kimi nəmi qoruyan qoruyucu baryeri var. Yüksək temperaturlu su bu baryeri zədələyir, nəticədə saçlar quruyur, qırılır və ucları iki yerə ayrılır. Çox tez-tez isti duş qəbul etmək saçların qurumasına, dolaşıb elektriklənməsinə və parlaqlığını itirməsinə səbəb ola bilər.

Məşqdən sonra soyuq duş

Frontiersin məlumat verir ki, idmançılar yarışlardan sonra tez-tez soyuq və ya buzlu suya girirlər. Bunun üstünlükləri bunlardır:

əzələ ağrılarının azalması

bədənin daha sürətli bərpası

performansın yaxşılaşması

Kontrast və ya soyuq duş sinir sistemini aktivləşdirir, adrenalini artırır və sizi daha enerjili edir. Müntəzəm soyuq duş bədənin stressə adaptasiyasını yaxşılaşdıra və immun sistemi stimullaşdıra bilər.

Baş ağrısı zamanı

Bəzi baş ağrıları əzələ gərginliyi ilə bağlıdır və stresslə tetiklenir. İsti duş və ya vanna əzələləri rahatladaraq ağrını azalda bilər. İstilik boyun və çiyinlərdəki gərginliyi aradan qaldırır, qan dövranını yaxşılaşdırır və bu, baş ağrısının azalmasına kömək edir.

Suyun temperaturunun düzgün olduğunu necə anlamaq olar?

Çox isti su iltihabı gücləndirə və dərini quruda bilər. Aşağıdakı əlamətlərə diqqət edin:

Dərinin rənginin dəyişməsi suyun həddən artıq isti olduğunun əsas göstəricisidir

Qaşınma isti su dərinin baryerini zədələyir,


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar