Bakıda avtobuslarda cibgirlik   edən tutuldu - VİDEO
09 oktyabr 2025 15:16 (UTC +04:00)

Bakıda avtobuslarda cibgirlik edən tutuldu - VİDEO

0

Bakıda ictimai yerlərdə, əhalinin sıx olduğu avtobus dayanacaqlarında cibgirlik yolu ilə oğurluq əməlləri törədən müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub.

Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.

R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi istisna olunmur.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar