Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turan azərbaycanlı müdafiəçi Toral Bayramovu almağı planlaşdırır.
Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, “Qarabağ”da və Azərbaycan millisində çıxış edən Bayramovun müqaviləsi bu mövsümün sonuna qədərdi.
“Transfermarkt”a görə, onun bazar dəyəri təxminən 1,5 milyon avrodur.
24 yaşlı Bayramov “Qarabağ”ın heyətində 200-dən çox oyun keçirib, 33 qol vurub və 42 məhsuldar ötürmə edib. O, həmçinin Azərbaycan millisinin heyətində 30-dan çox oyun keçirib və 4 qol vurub.