Qardaşını bıçaqlayan  polisə təslim oldu - YENİLƏNİB
09 oktyabr 2025 07:41 (UTC +04:00)

Qardaşını bıçaqlayan polisə təslim oldu - YENİLƏNİB

0

Lənkəranda kiçik qardaşı bıçaqlayan Calal Abdullayev könüllü şəkildə polisə təslim olub.

Lent.az xəbər verir ki, hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 36 yaşlı Calal Abdullayev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır. 

***

22:02

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın verdiyi xəbərə görə Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyat blokuna alınıb.

İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1417

Oxşar yazılar