71 yaşlı Ceki Çan filmlərdə öz kaskadyorluğunu  nə vaxt dayandıracağını AÇIQLADI
15 may 2025 18:24 (UTC +04:00)

71 yaşlı Ceki Çan filmlərdə öz kaskadyorluğunu nə vaxt dayandıracağını AÇIQLADI

71 yaşlı məşhur aktyor Ceki Çan özü yerinə yetirdiyi təhlükəli tryuklardan nə vaxt imtina edəcəyini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, aktyor etiraf edir ki, onun aktyorluğa yanaşması olduqca təhlükəlidir və tryuklar qrafika vasitəsilə yenidən yaradılıb əvəz edilə bilər. Lakin o hesab edir ki, qrafikadan istifadə etmək səhnənin reallığını azaldır.

“Mən hər zaman tryukları özüm yerinə yetirirəm. Bu, məni olduğum kimi göstərir. Və mən bunu təqaüdə çıxana qədər davam etdirəcəyəm – amma heç vaxt təqaüdə çıxmayacağam”, - aktyor bildirib.

Bundan əvvəl isə məlum olmuşdu ki, məşhur bir amerikalı Qazaxıstanlı maliyyəçiyə fokuslar öyrədib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar