Övladı gözəl olsun deyə modeldən 50 min dollara   yumurta aldı
05 sentyabr 2025 16:54 (UTC +04:00)

Övladı gözəl olsun deyə modeldən 50 min dollara yumurta aldı

0

Britaniyalı milyonçu Barri Druitt-Barlo peşəkar modelə donor yumurtaları üçün 50 000 dollar ödəyib ki, övladları onun görünüşünü və “podyum cazibəsini” irs alsın.

Lent.az xarici mediaya istinadən bildirir ki, məqsəd — “cəlbedici olmayan” uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

“Heç kim eybəcər uşaq istəmir,” — deyə 54 yaşlı Druitt-Barlo bir verilişdə bildirib.

Milyonçu və onun 31 yaşlı partnyoru Skott Haçinson donor qadını Mayamidə podyumda görüb seçiblər və onun genlərinin gələcək övladları — qızları Valentina və oğulları Romeo — gözəl edəcəyinə əmin olublar.

Lakin ictimaiyyət bu məsələdə bölünüb: bəziləri valideynlərin gözəl övlad istəklərini dəstəkləyib, digərləri isə bu yanaşmanı “kibirli”, “dəhşətli” və “qəribə” adlandırıblar. Hətta bəziləri bunu genlərin selektiv seçilməsi praktikası olan evgenika ilə müqayisə ediblər.

Tənqidlərə baxmayaraq, Druitt-Barlo üzr istəmək fikrində deyil: “Məndən nə deməyimi istəyirsiniz? Bizə eybəcər uşaqlar lazımdır? Bağışlayın, amma yalan danışa bilmərəm,” — deyə o, bildirib.

O, vurğulayıb ki, “bəzən mükəmməl uşaqlarımız olmur, amma biz bunun öhdəsindən gəlirik və yaşamağa davam edirik”. “Kimi incidə biləcəyi mənim vecimə deyil. Ədalətli dünyada siz övladlarınıza şans vermək istəyirsiniz”.

Druitt-Barlo həmçinin Below Deck şousunun iştirakçısı kimi tanınır. O, Böyük Britaniyada hələ 1990-cı illərdə surroqat ana vasitəsilə övlad sahibi olmuş ilk eyni cinsli valideynlərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar