“Liverpul” onu "Real"a satmadı
15 may 2025 12:34 (UTC +04:00)

“Liverpul” onu "Real"a satmadı

“Liverpul” müdafiəçisi Trent Alexander-Arnoldun vaxtından əvvəl “Real Madrid”ə getməsinə icazə vermək fikrində deyil.

Lent.az xəbər verir ki, mersisaydlılar Klublararası Dünya Çempionatı öncəsi 26 yaşlı ingilisin “Real Madrid”ə keçməsi müqabilində Madrid klubundan bir milyon avro almaqdan imtina ediblər.

Alexander-Arnold mayın 5-də "Liverpul"dan ayrıldığını açıqlayıb. O, klubda 353 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar