Bakıda 7 ay əvvəl  dənizdə batdığı ehtimal edilən gənc sağ tapıldı
15 may 2025 18:20 (UTC +04:00)

Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən gənc sağ tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, itkin kimi axtarışı elan olunan, 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlunu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tapıblar. Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən Kənanın dənizdə batdığı ehtimal edilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar