Evdən oğurluq edən qadın tutuldu
17 fevral 2021 11:16 (UTC +04:00)

Evdən oğurluq edən qadın tutuldu

Bərdədə oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini E. Vəliyev fevral ayının 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 dollar pulunun oğurlanması barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. 

Müraciətlə əlaqədar Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər yerinə yetirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1530
avatar

Mehman Nəbiyev

Oxşar yazılar