Bakının bu rayonunda XÜSUSİ ƏMƏLİYYAT:  40 nəfər tutuldu - VİDEO
24 sentyabr 2022 13:45 (UTC +04:00)

Bakının bu rayonunda XÜSUSİ ƏMƏLİYYAT: 40 nəfər tutuldu - VİDEO

Bakının Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb. 

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

# 5178
avatar

Mehman Nəbiyev

Oxşar yazılar