Bakıda sexdən oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 22-də Xətai rayonu ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5400 manat dəyərində aliminum profillər oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.