Bakıda ƏMƏLİYYAT : İranlının toruna düşən narkokuryer tutuldu
12 may 2025 19:00 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: İranlının toruna düşən narkokuryer tutuldu

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar