Bakıda parkdan 150 min manatlıq oğurluq
10 mart 2021 11:26 (UTC +04:00)

Bakıda parkdan 150 min manatlıq oğurluq

Bakıda yük avtomobilləri parkından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş R.Hüseynovun ətrafında Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini X.İsayevlə birgə yük avtomobilləri parkından 150 min manat dəyərində 15 ədəd avtomobil soyuducusu, 15 ədəd akkumulyator, 15 ədəd soyuducu mühərriki, boru və kabellər oğurlaması da müəyyən edilib. 

Əməliyyat-axtarış tədbirləri ilə X.İsayev də saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar