Bakıda  DƏHŞƏT:   Ana bir yaşlı oğlunu ÖLDÜRDÜ
12 sentyabr 2022 10:18 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Ana bir yaşlı oğlunu ÖLDÜRDÜ

Sentyabrın 9-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 1 yaşlı uşağın ölməsi barədə Suraxanı rayon Prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla zərərçəkmişin anası, 20 yaşlı Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

# 5190
avatar

Fidan İlqar

Oxşar yazılar