Bakı kəndlərində XÜSUSİ ƏMƏLİYYAT:  47 nəfər tutuldu - VİDEO
20 sentyabr 2022 15:54 (UTC +04:00)

Bakı kəndlərində XÜSUSİ ƏMƏLİYYAT: 47 nəfər tutuldu - VİDEO

Sabunçu rayonunda son 10 gündə Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 47 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. 

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 7701
avatar

Oxşar yazılar