Azərbaycanlı qızları Türkiyədə satan qadınlar  HƏBS OLUNDU
21 iyun 2022 17:19 (UTC +04:00)

Azərbaycanlı qızları Türkiyədə satan qadınlar HƏBS OLUNDU

Qadınları cinsi istismara məruz qoyan şəxslər məhkum edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyənin Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Aynur Fərruxova və Şirin Məmmədova tutulublar.

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən A.Fərruxova və Ş.Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3615
avatar

Mehman Nəbiyev

Oxşar yazılar