Bakıya daxil olan "avtovoz"  hərəkəti iflic etdi - 16 DƏQİQƏ TIXAC
05 sentyabr 2025 17:30 (UTC +04:00)

Bakıya daxil olan "avtovoz" hərəkəti iflic etdi - 16 DƏQİQƏ TIXAC

0

Bakının Heydər Əliyev prospekti, köməkçi yola daxil olmaq istəyən yük avtomobili nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, ötən gün axşam saatlarında üzərində avtomobillər daşıyan yük avtomobili Heydər Əliyev prospekti, köməkçi yola daxil olarkən düzgün dönmə əməliyyatı edə bilmədiyindən bardürün üzərinə çıxaraq yolda qalıb. Nəticədə prospektdən “Koroğlu” metro stansiyası istiqamətində 16 dəqiqə müddətində nəqliyyatın hərəkəti məhdudlaşıb. Dərhal yol polisi əməkdaşları tərəfindən həm əsas, həm də köməkçi yolda zəruri tədbirlər görülüb. Yük avtomobilinin hərəkəti bərpa olunub. Qəza riski və məhdudiyyət aradan qaldırılıb. 

Bununla yanaşı, bəzi yük avtomobillərinin sürücüləri nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından prospektdən mərkəz istiqamətinə hərəkət etdikdə “Bağırov” tunelindən keçə bilmirlər. Onlar belə vəziyyətdə sağ kənar yola keçmək üçün geriyə hərəkət etdiyindən yolda qəza riski və sıxlıq yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi belə sürücülərə qeyd edilənləri nəzərə almağı və qaydalara əməl etməyi tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar