11 qadını zorlayıb öldürən  manyak MƏHKƏMƏDƏ
21 may 2024 19:29 (UTC +04:00)

11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ

Rusiyanın Altay diyarında Şadrino kəndinin 53 yaşlı sakini Vitali Manişinə qarşı 11 rusiyalı qadını qətlə yetirmək və zorlamaqla bağlı istintaq yekunlaşıb. O, yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, məlumata görə, manyak ilk cinayətini hələ 1989-cu ildə edib. Onunla yaxınlıqdan imtina edən və dostlarının əhatəsində istirahət edən qızı boğub. Onun 1999 və 2000-ci ilin yayında daha on qadın və qızın qətliamında iştirakı da müəyyən edilib.

Onların arasında Altay Dövlət Universitetinin beş abituriyenti də var. Manişin diqqətlə izləyərək, binadakı qızları məlumat stendlərində və ya binanın yaxınlığında müşahidə edib və onlarla söhbətə başlayıb. O, özünü təhsil müəssisəsinə qəbul və orada təhsil almaqla bağlı problemləri həll edə bilən bir şəxs kimi təqdim edib. Aldatma yolu ilə qızları maşına minməyə razı salıb, sonra onları kimsəsiz yerə apararaq, zorlayıb və təhlükəsizlik kəməri ilə boğub.

Onun cinayətləri 2023-cü ildə müəyyən edilib və may ayında o, istintaq təcridxanasına göndərilib. Təqsirləndirilən şəxs günahlarını etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3012
avatar

Oxşar yazılar