Bakının mərkəzindəki yanğında 4 nəfər tüstüdən zəhərləndi
24 sentyabr 2025 10:12 (UTC +04:00)

Bakının mərkəzindəki yanğında 4 nəfər tüstüdən zəhərləndi

0

Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində yaşayış binasında baş verən yanğın zamanı 4 nəfər zəhərlənib.

Lent.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğındöndürmə Qərargahının əməliyyat növbətçisinin köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov bildirib.

Onun sözlərinə görə, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Binanın 12-si azyaşlı olmaqla, 44 sakini xilas edilib. Yanğın nəticəsində 22-ci mərtəbəyədək şaxta naqilləri yanıb.

FHN rəsmisi bildirib ki, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənmə ilə bağlı Təcili Tibbi Yardıma müraciət edib. Yanğının baş vermə səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar