“Mercedes”dən milyonlara sürpriz – Yeni mini “G-Class” gəlir
24 sentyabr 2025 06:31 (UTC +04:00)

“Mercedes”dən milyonlara sürpriz – Yeni mini “G-Class” gəlir

0

Milyonların arzusu olan və inanılmaz qiymətə satılan “Mercedes G-Class” ailəsinə yeni mini versiya əlavə olunur.

Lent.az xəbər verir ki, bir çox insanın “G-Class” xəyalları gerçəkləşə bilər.

“Mercedes-Benz” şirkəti “G-Class” almağa gücü çatmayan bir çox insanın xəyalını gerçəkləşdirmək üçün modelin mini versiyasını istehsal etmək qərarına gəlib.

Yeni mini “G-Class” avtomobilinin yaxın iki il ərzində istehsal ediləcəyi bildirilir.

Münhen avtosalonunda çıxış edən “Mercedes”in baş direktoru Ola Källenius bildirib ki, sınaq prototipləri çox yaxında yollarda görünməyə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar