Bəy öldü, nişanlısını diri-diri yandırdılar - DƏHŞƏTLİ QƏTL
23 sentyabr 2025 13:07 (UTC +04:00)

Bəy öldü, nişanlısını diri-diri yandırdılar - DƏHŞƏTLİ QƏTL

1

Hindistanın Tripura ştatında bəyin ölümündən sonra onun nişanlısı diri-diri yandırılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sentyabr ayının ortalarında Aqartala şəhəri yaxınlığındakı dəmir yolu xətlərində 32 yaşlı Gita Sutradharın yandırılmış meyiti tapılıb. 

Qadının cəsədi geyimsiz vəziyyətdə olub. Sonradan mərhumun valideynləri polisə müraciət edərək gəlini öldürməkdə onun qayınanasını və digər qohumları ittiham ediblər.

Araşdırma müəyyən edib ki, qadının nişanlısı 34 yaşlı, qazma platformasında işləyən Prasenjit Sutradhar bədbəxt hadisə nəticəsində həlak olub. 9 sentyabrda iş zamanı onun üzərinə ağır metal boru düşüb və bu, ölümcül xəsarətə səbəb olub.

Mərhumun qohumlarının ifadələrinə görə, Prasenjitin faciəvi ölümü ilə bağlı hadisədən sonra onun qohumları nişanlısını öldürməyə qərar veriblər. Qətli törətdikdən sonra onlar yandırılmış cəsədi evlərindən təxminən 500 metr məsafədə yerləşən dəmir yolu xətlərinə ataraq cinayətin izlərini gizlətməyə çalışıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 510

Oxşar yazılar